Elza Seyidcahandan yeni fotosessiya

Elza Seyidcahandan yeni fotosessiya
1251 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan yeni fotosessiya etdirib.

Müğənni Axşam.az-ın müxbiri ilə söhbətində fotoların Türkiyə layihəsi ilə əlaqədar çəkildiyini bildirib:

“Bu şəkilləri Türkiyədə lentə alınacaq “Türkiyə” marşı adlı bəstəmə görə çəkdirmişəm. Qardaş ölkəyə göndərdim, çox bəyəndilər. Hətta burada da görənlər təriflədilər. Yaxın günlərdə klipin çəkilişi ilə bağlı Türkiyəyə yollanacam”.

Qeyd edək ki, əməkdar artist qardaş ölkəyə səfəri zamanı oradakı telekanalların birinin rəhbərliyindən “Türkiyə” marşı mahnısına klip çəkmək təklifi alıb. Ekran işi Türkiyənin qədim, tarixi məkanlarında lentə alınacaq. Klip həm Azərbaycan, həm də türk kanallarında yayımlanacaq.