Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda nümayiş olunacaq

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda nümayiş olunacaq
288 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış kinorejissor və ssenarist Elçin Musaoğlunun Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi zamanı yaşanan hadisələr barədə ekranlaşdırdığı sənədli film 7-ci Malatya Beynəlxalq Film Festivalında təqdim ediləcək.

Axşam.az-ın "Azərtac"a istinadən məlumatına görə, bu barədə Anadolu Agentliyinə kinorejissor özü məlumat verib. Onun sözlərinə görə, “15 iyul gecəsi” adlı filmin çəkilişləri Azərbaycan və Türkiyədə (Ankara, İstanbul, Malatya) aparılıb.

Filmdə Xalq Artisti Azərin də iştirak edir. Qeyd edək ki, sözügedən festival noyabrın 9-dan 16-dək davam edəcək.