“Üç badam bir qoz”un aktrisası dünyasını dəyişdi

“Üç badam bir qoz”un aktrisası dünyasını dəyişdi
28369 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib.

Qohumlarının Axşam.az-a verdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib.

Beyninə çirk yığılan aktrisa bir müddət 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Lakin yaxınları bildirir ki, həkimlərin səhlənkarlığı ucbatından Milanın xəstəliyi daha da dərinləşib:

"Həkimlər bizə demədən belindən su alıblar. Elə ondan sonra vəziyyəti daha da ağırlaşdı, Türkiyəyə apardıq. Orada da 4 xəstəxana gəzdik. Gözləri tutuldu, yeriyə bilmədi, komaya düşdü. Axırda özəl xəstəxanalardan birində əməliyyat etdilər və dedilər ki, vəziyyəti əvvəlkindən yaxşıdır. 5 gün keçdi üstündən. Bu gün də dedilər ki, beyin ölümü keçirib. Hazırda aparata qoşuludur. Sabah aparatdan ayıracaqlar".

Yaxınları onu da qeyd etdilər ki, Mila ölməkdən çox qorxurmuş:

"Xalası qızına demişdi ki, ölməkdən çox qorxuram. Əlini buraxmırdı. Deyirdi, məni tək qoymayın". 

Qeyd edək ki, M.Əminə son olaraq “Üç badam bir qoz” filmi ilə gündəmə gəlmişdi.