Mila Əminənin xəstəxanadan fotosu yayıldı

Mila Əminənin xəstəxanadan fotosu yayıldı
20357 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl dünyasını dəyişən aktrisa Mila Əminənin xəstəxanadan fotosu yayılıb.

Axşam.az-ın məlumatına görə, ARB telekanalı hazırda Türkiyədə xəstəxanada yatan və hələ də süni nəfəs aparatına bağlı olan Əminə ilə bağlı süjet hazırlayıb. Şəkildə aktrisanın saçlarının da keçəl edildiyi görünür.



Qohumları aktrisanın beyninin öldüyünü, amma ürəyinin hələ də işlədiyini bildirib. Onlar aparatın söndürülməsini istəmədiklərini, qızın ayılacağına ümid etdiklərini deyiblər.

Aktrisanın dostu, aparıcı Arif İbadullayev Türkiyədə xəstəxanaya zəng edib və onlar orada Mila adlı xəstənin olmadığını deyiblər. Danışıq zamanı lentə alınan video sosial şəbəkədə söz-söhbətə səbəb olub. Bir çoxları onun reklam xatirinə belə bir xəbər yaydığını söyləyib.

Qeyd edək ki, 29 yaşlı Əminə meningit xəstəliyindən dünyasını dəyişib.