“Özünə bax”ın münsifi qəzaya düşdü

“Özünə bax”ın münsifi qəzaya düşdü
4162 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının zövq yarışması “Özünə bax” yeni həftəyə maraqlı anlarla start verib.

Axşam.az-ın məlumatına görə, bu dəfə münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, vijasit Nərmin İbrahimova və “Passage” dərgisinin baş redaktoru Nərminə Ağası əyləşib.

İkinci yarımfinala vəsiqə qazanan üç iştirakçı – Fəridə, Arzu və Aynur yenidən münsif qarşısına çıxıb. Onlardan Arzu və Aynur üçüncü yarımfinala vəsiqə qazanıb. Canlı efirdə R.Əliyevaya bir çox məktublar gəlib. O, bütün müraciətləri oxuyub cavablandıracağını bildirib.

Münsiflərdən Nərminə Ağası efirə gələrkən yolda avtomobil qəzası keçirdiyindən canlı yayıma gecikib.

Verilişin ötəngünkü buraxılışı maraqlı məqamlarla zəngin olduğu üçün Ruhi Əliyeva qalibə hədiyyə ediləcək evlə bağlı açıqlama verə bilməyib. O, bugünkü efirdə mənzilin harada yerləşdiyini deyəcək.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.

Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.

Foto: Rəşad ABBASOV