"Yeşilçam" ulduzu xərçəngə tutuldu

"Yeşilçam" ulduzu xərçəngə tutuldu
3437 dəfə oxunub
  • A-
  • A
  • A+
“Yeşilçam” ulduzu Selma Güneri xərçəng xəstəliyinə tutulub.

Axşam.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktrisanın döş xərçəngindən əziyyət çəkdiyi bildirilib. 4 ay əvvəl qoyulan diaqnoz Selmanın depressiyaya düşməsinə səbəb olub. 66 yaşlı aktrisanı çətin günlərində isə keçmiş əri, aktyor Yusuf Sezgin tək qoymayıb.
 
Selma xəstəliyini öyrəndikdən sonra 42 yaşlı oğlu Umudun evlənməyini istəyib. Anasının istəyini yerinə yetirən Umudun şad günündə “Yeşilçam” ulduzları da iştirak edib.