Dünyanın ən cazibədar modellərindən biri Adriana Lima "Numero Tokyo" jurnalı üçün kamera qarşısına keçib.
Axşam.az xəbər verir ki, Limanın fotosessiyası metroda baş tutub. Fotoqraf Vinsent Petersin çəkdiyi şəkillərdə 32 yaşlı model seksual pozlar verib. Adriana "Numero"nun dekabr sayının üz qabığında yer alacaq.