Demet Akalın ərini sildi

Demet Akalın ərini sildi
12763 dəfə oxunub
  • A-
  • A
  • A+
32 milyon lirəlik (təxminən 16 milyon manat) əmlakı müsadirə olunduqdan sonra əri Okan Kurtla problemlər yaşayan müğənni Demet Akalın Whatsapp profilindən həyat yoldaşının şəklini silib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, adətən konsertlərinə Okanla birlikdə yollanan Demet bu dəfə ənənəsini pozub. Belə ki, sənətçi Bodrumda səhnəyə çıxsa da, Okan yanında olmayıb.

Bundan başqa, D.Akalın ailəsi birlikdə yer aldığı Whatsapp şəklində ərini montaj edib.