Viktoriyanın oğluna ismarışı hər kəsi duyğulandırdı - foto

Viktoriyanın oğluna ismarışı hər kəsi duyğulandırdı - foto
3549 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük britaniyalı dizayner Viktoriya Bekhemin sosial şəbəkədə böyük oğlu Bruklinə yazdığı ismarış hər kəsi duyğulandırıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı dizayner yeni dərs ilində Amerikada yaşamağa başlayacaq oğluna bunları yazıb:
 
“Bruklin, biz səninlə çox fəxr edirik. İmtahanlarda gözəl nəticə və qarşıda kollecdə təhsil... Biz səni çox sevirik və səndən ötrü çox darıxacağıq”.
 
Viktoriyanın bu mesajı İnstaqram istifadəçilərini kədərləndirib.

Qeyd edək ki, Bruklin Nyu-York universitetlərindən birində fotoqraf ixtisası üzrə təhsil alacaq. Bu səbəbdən o, 4 il ABŞ-da yaşamalı olacaq.

Xatırladaq ki, futbolçu Devid Bekhemlə ailəli olan Viktoriya 3 oğul, bir qız anasıdır.