63 yaşlı model gənc qalmaq üçün bunları edir

63 yaşlı model gənc qalmaq üçün bunları edir
6856 dəfə oxunub
  • A-
  • A
  • A+

63 yaşlı amerikalı model  Kristi Brinkli gənc qalmasının sirrlərini açıqlayıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o hər zaman sağlam qidalandığını deyib:
 
"Səhərləri günə ilıq limonlu su içərək başlayıram. Bəzən ona bir çimdik acı bibər də əlavə edirəm. Bu,  gümrah qalmağıma kömək edir. Keçi südündən hazırlanan yoqurt yeyirəm. Ona giləmeyvə, quru meyvələrdən-qaragilə, kişmiş, fındıq toxumları əlavə edirəm. Bundan başqa, zülal qəbulu üçün ispanaqlı yumurta, bir dilim qızardılmış çörəklə avakado da sevirəm".

20 yaşından sonra ət yeməyən model tərəvəzlərə xüsusi önəm verdiyini və soyuducusunda hər zaman göyərti, taxıl və paxladan hazırlanmış salat, təbii meyvə şirəsi saxladığını qeyd edib.

Günorta yeməyi üçün  şirin kartof və düyüyə, eləcə də qırmızı şəraba üstünlük verən Kristi şokoladı da qida rasionundan əskik etmir.