40 yaşından sonra cavan qalmağın yolları

40 yaşından sonra cavan qalmağın yolları
5397 dəfə oxunub
  • A-
  • A
  • A+

Nə qədər baxımlarına diqqət etsələr də, əksər insanlar müəyyən yaş dövründən sonra müxtəlif problemlərlə üzləşirlər.

Orta yaş dövründən özünü göstərməyə başlayan bu çatışmazlıqları qida rejiminə diqqət etməklə tənzimləmək mümkündür.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən, 40 yaşdan sonra cavan və sağlam qalmaq üçün lazım olan qidaları təqdim edir:

Qadınlara lazım olan qidalar:

- A vitamini (mal ciyəri, yumurta sarısı, kərə yağı, bitki yağı, mal əti, paltus (şimal dənizlərində yaşayan kambala cinsli balıq), B6 (soya, quşqonmaz, düyü, noxud), C (bolqar bibəri, kələm, kivi, sitrus meyvələri, quşüzümü) və bioflavonoidlər (sarımsaq, zəncəfil). Bu qidalar stress və yüklənmələr zamanı qadının immun sisteminin işini yaxşılaşdırır.

- D vitamini orqanizmin kalsium ehtiyacını qarşılayır.

- Maqnezium ürək xəstəliklərindən, bağırsaq xərçəngi və diabetdən qoruyur.

- K vitamini (balqabaq, yaşıl noxud və s. yaşıl tərəvəzlər) sümüklərin sağlamlığını təmin edir.

-Xüsusilə pəhrizdə olub, zülal və yağ qəbulunu azaldanlar dəmirlə zəngin qidalar (qarabaşaq, mal ciyəri, yaşıl alma) seçməlidir. Dəmirin azlığı enerji itirilməsinə, solğun görüntüyə səbəb olur.

- Cinsi hormonlar olan estrogenin aktivliyi üçün E (bitki yağı, lobya), K (ispanaq, balqabaq, yaşıl noxud, yumrta sarısı), fol turşusu (cəfəri, rəngli və gül kələm) lazımdır.

Kişilərə lazım olan qidalar:

- A,C və E vitaminləri - antioksidantlar kişi orqanizmini ətraf mühitin pis təsirindən qoruyur və yaşlanmanı gecikdirir.

- B qrupu vitaminlər damar sisteminə müsbət təsir edən, ürək tutmalarının baş verməsinin qarşısını alan hormonların yaranmasını sürətləndirir.

- Sink (dəniz məhsulları, qoyun əti, balqabaq, göbələk) və A vitamini cinsi aktivliyi artırır.