“Mats-up” Bakıda çıxış edəcək

“Mats-up” Bakıda çıxış edəcək
488 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, oktyabrın 20-dən 28-dək Bakıda “Baku Jazz Fest-2017” Beynəlxalq Caz Festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, festivalın yeddinci günü rejissor Frensis Fort Koppolanın “Klub Kotton” filminin nümayiş etdirilməsi ilə başlanacaq.

Baş rolda Riçard Girin çəkildiyi filmdə təsvir edilən hadisələr 1928-1938-ci illərdə baş verir.

Elə həmin gün saat 19:00-da caz musiqisi həvəskarları “Rotunda”da İsveçrənin “Mats-up” qrupunun çıxışından həzz alacaqlar. Trubaçalan Matiass Spilmanın rəhbərlik etdiyi, caz kollektivinin elementləri ilə kamera ansamblının geniş səs diapazonunu özündə birləşdirən bu qrup indiyə qədər 200-dən çox canlı konsert verib. Kollektivə Spilmandan başqa Reto Suner (saksofon), Mark Min (fortepiano), Dominik Eqli (zərb alətləri) və Rafael Bossat (bas) daxildir.