ARB-nin 1 yaşı oldu

ARB-nin 1 yaşı oldu
615 dəfə oxunub
  • A-
  • A
  • A+
“Region TV” şəbəkəsinin öz brendini yeniləyərək “ARB Media Qrup”a çevrilməsindən 1 il ötür.

Axşam.az xəbər verir ki, ARB TV-nin Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov keçilən 1 illik efir yolu haqda danışıb: “Media və TV yayımçılığı sürətlə dəyişir və yenilənir. İmkanlar genişlənir, zövqlər dəyişir, dəblər çox tez bir vaxtda köhnəlir. Bu sürətli dəyişimə, yeniliklərə uyğunlaşmaq olduqca çətindir, amma mümkündür. Televiziya mütəxəssisləri bilir ki, cəmi 1 ilə hansısa TV kanalın konsepsiyasını köklü sürətdə dəyişmək necə çətin bir prosesdir. Amma biz inanılmazı bacardıq. Daha dinamik, maraqlı, rəngarəng, yeni media trendlərinə uyğunlaşan, fərqli bir efir konsepsiyası ilə, yeni adla tamaşçılarımızın qarşısına çıxdıq. İnanırıq ki, bu bizdə alındı. Televiziyaların reytinqlərini ölçən şirkətlərin açıqladığı məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu ilin yanvarından bu günə kimi ARB TV öz auditoriyasını 3 dəfədən çox artırıb. İlin əvvəlində yerli və xarici kanallar arasında ümumi izlənmə payımız 2 % idisə, hazırda bu rəqəm 7-8%-i keçir. Cəmi 1 ildir efirdə olan bir kanal üçün bu kifayət qədər uğurlu nəticə hesab edilə bilər.

Bu mövsümə də kifayət qədər əzmlə hazırlaşmışıq və uğur xəttimizin davam edəcəyinə də inanırıq. Tamaşaçılarımız başda olmaqla, bizə dəstək olan hər kəsə, hər bir quruma öz minnətdarlığımızı bildiririk".

Axşam.az saytının kollektivi daim sıx əməkdaşlıq etdiyi ARB-nin bütün heyətini təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.