Akkuşdan əri və sevgilisi Ebru Şallı ilə bağlı açıqlama

Akkuşdan əri və sevgilisi Ebru Şallı ilə bağlı açıqlama
2112 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Ebru Şallının evli sevgilisi Uğur Akılın həyat yoldaşı Qonca Akkuş “Duymayan kalmasın” verilişinə zəng edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuş açıqlamaları ilə hər kəsi təəccübləndirib:

“Mənim maşınımla, sürücümlə alış-verişə çıxır. Mənim üçün “ağlı yerində deyil” deyiblər. İstədikləri xəstəxanaya gedib, yoxlanmağa hazıram.

Burada tək günahkar ərimdir. Gəlib “Qonca, mən sevirəm” desəydi, qəbul edərdim. Yaxın günlərdə boşanmaq üçün məhkəməyə gedəcəyik. Mənim adımı qısqanc qoymuşdu. İndi xəyanət xəbərləri var.

İllərcə qurduğum evin başında oturdu. Onların eyni evdə yaşadıqlarını düşünmək məni məhv edir.
 
Ebru Şallıyla tanış olandan sonra məndən üçüncü uşaq istədi. Hamilə qaldım, amma xəbərləri mediada yayıldıqdan sonra abort etdirdim.

Ərim bir gün mənə yazdı ki, Ebru Şallının fotoları yayılıb. Saytlarda tapa bilmədim. Ərim mənə sonra şəkilləri göndərdi. Daha sonra fotolar yayıldı. Ebru üçün pis oldum. Ərimə “Övladların var, bunu sən etmisənsə, cəzasını çəkəcəksən” dedim”.