" Ürək lazım idi ki, bu riskə getsin" - video

" Ürək lazım idi ki, bu riskə getsin" -  video
2082 dəfə oxunub
  • A-
  • A
  • A+

"Artıq bir ildir ki, belə qısa saçlayam. Amma deyirlər ki, yaxşı yaraşır. Ürək lazım idi ki, bu riskə getsin. Keçən il qızım Nərgiz də saçlarını kəsdirdi, amma yaraşmadı. Dedim, Nərgiz sənə qara, buruq saçlar yaraşır".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Lalə Məmmədova “Şou məkan” verilişinə açıqlamasında deyib.

Müğənni bildirib ki, heç bir stilistdən məsləhət almır:

“Heç vaxtımda olmur ki, gedib kimdənsə nəsə soruşum. Qahaqaçdayam... Bir də axşam evə gələndə uşaqlarım, anam, atam görür ki, saçımda dıyişiklik var. Salonda oturub dəyişiklik edəndə belə onun zövqünü yaşaya bilmirəm. Ancaq iş düşünürəm. Çünki bütün yük üstümdədit".

Məmmədova qızı Nərgizin də mahnı oxumaq istədiyini söyləyib:

“Deyir, ana olar sən paltarını dəyişənə kimi mən də çıxım bir iki mahnı oxuyum? Gülürəm, deyirəm, qızım yox. Sənlik deyil... Qismətdir, amma istəmirəm. Qoy gedib başqa işlərlə məşğul olsunlar. Çinarə o qədər maraqlıdı ki, adam ondan əl çəkə bilmir. Uşaq belə təzadlarla, yenilklərlə doludur. Şəxsən mən ona baxıram və zövq alıram ki, o mənim övladımdır".