İlham Əliyev millimizin oyununu izləyir

İlham Əliyev millimizin oyununu izləyir
953 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan və Gürcüstanın birgə təşkil etdiyi qadın voleybolçular arasında Avropa çempionatında növbəti matçlar keçirilir.

Axşam.az xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan millisi Polşa voleybolçuları ilə qarşılaşır.

Matçı Azərbaycan prezidenti İlham Əliyev də arenada canlı izləyir.

Baş məşqçi Faiq Qarayev start heyətdə Kseniya Pozdnyak, Yelizaveta Səmədova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova, Alyona Həsənova və Valeriya Məmmədovaya şans verib.

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Komandamızın qrupdakı rəqiblərindən Polşa Almaniyanı 3:2, Macarıstanı isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Polşa ilə matçda qrupdan çıxmaq üçün doğma meydanda növbəti qələbəsini qazanmağı hədəfləyir.