Gənc Tamaşaçılar Teatrında bu həftə

Gənc Tamaşaçılar Teatrında bu həftə
544 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonuna maraqlı tamaşalar siyahısı hazırlayıb.

Axşam.az xəbər verir, teatrda oktyabrın 7-də gündüz 14:00-da məktəblilər A.Şaiqin “Danışan gəlincik”, 8-də K.Ağabalayevin “Şahzadə Xəzərin nağılı” tamaşalarını nümayiş olunacaq.

Teatr oktyabrın 7-də axşam saat 19:00-da İsveç dramaturqu L.Nurenin “Mən gəldim qızlar...” (Müharibə) , oktyabrın 8-də isə C.Cabbarlının “Aydın” tamaşasını göstərəcək.

Tamaşalarda əsas obrazları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfər, Leyli Vəliyeva, Elşən Rüstəmov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, aktyorlar Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Manaf Dadaşov, Elnur Kərimov, Elşən Hacıbabayev, Güşvər Şərifova, Mehriban Hüseynova və başqaları ifa edəcəklər.