Aparıcı Zaur Kamalla proqramına qonaq olan türkiyəli ifaçı Fulin arasında narazıçılıq olub.

Axşam.az xəbər verir ki, Zaur sənətçini tərəziyə çıxarıb çəkisini öyrənmək istəyib. Son günlər xeyli kökəldiyini deyən Fulinin aparıcının bu təklifi xoşuna gəlməyib. Z.Kamal təkid edəndə isə Fulin etirazını belə bildirib:

“Hazırkı haldan 5 kiloqram arıq olmalıyam. İndi 59 kiloqramam. Tərəziyə çıxmayacam. Çəkimi görüb depressiyaya düşə bilmərəm, 5 gün özümə gəlməyəcəm. Mən qurbanlıq qoyunam ki, çəkirsən? Mən də sənə centlimen deyirdim. Dəlidir, nədir bu”.

Verilişin digər qonağı Səidə Sultan isə “Bu da sənə cavab. Başqa vaxt bizi bəyənmirsən" deyə, bildirib.