"Düşüncəsiz..." - Rövşanəyə etiraz

"Düşüncəsiz..." -  Rövşanəyə etiraz
11953 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Elnur Kərimov aparıcı Rövşanə Ağasəfqızının teatrlarla bağlı fikrinə etiraz edib.

Axşam.az xəbər verir ki, aktyor aparıcı ilə bağlı telekanala şikayət etdiyini deyib:

“Aparıcı ya peşəkar olmalıdır, ya da olmamalıdır. Teatrdan danışmaq üçün, teatrı tanımalısan. Son zamanlar teatr sahəsindəki islahatlar, hazırlanan tamaşalar, qastrol səfərləri bilməlisən. Danışılan mövzuya “Bu mənim şəxsi fikrimdir” demək, düşüncəsiz kimi danışmaq ayıbdır.

Qonaqlarına danışmağa imkan verməyən aparıcı deyir ki, Azərbaycanda fəaliyyət göstərən Şuşa, İrəvan, Gənc Tamaşaçılar Teatrları kiçik olduğu üçün bağlanılmalıdır.

Dərhal ARB kanalının “Səhər-səhər” verilişinin prodüserinə yığdım və narazılığımı bildirdim. Teatrdan teatrı bilən danışmalıdır. Əhməd Ağdamskini tanıması məni bir az rahatlatdı, heç olmasa onu tanıyır”.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla R.Ağasəfqızını "Qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar" fikirlərinə görə tənqid edib.

Aparıcı isə ona cavabında “Bu mənim şəxsi fikrimdir, niyə biz tənqidə açıq deyilik? Yenə də fikrimdə qalıram. Düşünürəm ki, balaca-balaca teatrlardansa, onu böyük etsinlər. Nəyə lazımdı bu cıqqılı teatrlar? İrəvan, Gənc Tamaşaçılar, Şuşa Tetarları nəyə lazımdır? Yerindən duran ora sənət gətirir, biz də xəcalət çəkirik. Şuşa Teatrı nə edir?” sözlərini deyib.