"O məni, mən də onu söydüm..." - Sevda

"O məni, mən də onu söydüm..." -  Sevda
3555 dəfə oxunub
  • A-
  • A
  • A+

“Çox əsəbiyəm... Quyruğumu tapdalasalar dəli olaram”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Yahyayeva “ATV maqazin onlarla” verilişində deyib.

Hər zaman sakit görünən sənətçi əslində çox əsəbi insan olduğunu etiraf edib:

“Sakit təbiətliyəm. Amma əsəbiləşəndə özümü tanımıram. Bəzən elə olur ki, özümü idarə edə bilmirəm. Əsəbimi də yaxınlarımın üstünə tökürəm. Beş dəqiqə qışqırıram, sonra sakitləşirəm.

Amma qalmaqal mənim ruhumda yoxdur. Bəzən istəmədən adamı qalmaqala salırlar. Onda da bəzən səbrli ola bilmirsən. Belə insanlardan çəkinirəm. Gündəm üçün qalmaqala getmərəm. O məni, mən də onu söydüm. Bütün Azərbaycan bildi, hamı bizdən danışdı. Və sonra? Klipsiz, mahnısız gündəmə gəlirsən”.