“Paltar ütüləyirəm, ev də süpürərəm” - Mikayıl

“Paltar ütüləyirəm, ev də süpürərəm” -  Mikayıl
2506 dəfə oxunub
  • A-
  • A
  • A+

"Atam kimsəsiz böyüyüb. O, doğulanda anası dünyasını dəyişib. 7 yaşı olanda da atası avtomobil qəzasında ölüb".

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Mikayıl Güləddinoğlu lent.az-a açıqlamasında deyib.

Aparıcı ailəsindən söz açıb. Mikayıl bildirib ki, xanımını işləməyə qoymur:

"İşləyən qadınlara pis baxmıram. Mənim xalalarım, dayımın yoldaşı işləyir. Sadəcə, mən ailə quranda istədim ki, yoldaşım evdə uşaqlarıma baxsın. Mən özüm də, atam da həyatda tək uşaq olub. Onun nə atası, nə anası, nə də bacı-qardaşı olub. Mən də imkana görə gec ailə qurdum. Subay vaxtı dedim ki, elə bir xanımla ailə qurum, mənim çoxlu övladlarım olsun, o da onlara baxsın.

İndi 3 övladım var. Sabahısı günü eşidə bilərsiniz ki, 4, 5, 6, 7 övladım var. Mən tək olmuşam, ətrafım çox olsun. Qoy onlar bir-birinə dayaq olsun. Xanımım indi işləmək istəsə, onsuz da alınmaz. Çünki övladımın birinin 6, o birinin 4 yaşı var. Balacası isə 9 aylıqdır. Di gəl indi işlə (gülür). Mən köynəyimi, şalvarımı da özüm ütüləyirəm. Niyə eləməyim ki?! Xanımıma da kömək etməliyəm. O, 3 uşağa baxır. Yeri gəlsə, evimi də süpürərəm. Çünki o, yoldaşıma köməkdir. O, mənim balalarıma baxır".