68 yaşlı xalq artistinin şortiki tənqid olundu - fotolar

68 yaşlı xalq artistinin şortiki tənqid olundu -  fotolar
8856 dəfə oxunub
  • A-
  • A
  • A+

68 yaşlı “Primadonna” Alla Puqaçova dostu Valentin Yudaşkinin yeni kolleksiyasının təqdimat mərasiminə qatılıb.

Axşam.az Rusiya KİV-nə istinadən xəbər verir ki, modelyer Puqaçovanı xanımı Marina və qızı Qalina ilə birlikdə qapıda qarşılayıb.

Alla gecəyə şortik və üstündən tül geyinib. Müğənninin fotoları sosial şəbəkədə müzakirələrə səbəb olub. Puqaçovanın yaşına uyğun geyinmədiyi vurğulanıb.

Xalq artisti tənqidlərə “Yaşıma görə əla görünürəm. Az yeməyə çalışıram, amma hələ tam alınmır. Ən böyük istəyim isə övladlarımın məni gənc görməsidir. Çoxdan zövqsüz yaşlı nənə kimi geyinməyi kənara atmışam” cavabını verib.