Abbas Faiq Ağayevə söz atdı: "Boş-boş danışanlar..."

Abbas Faiq Ağayevə söz atdı:  "Boş-boş danışanlar..."
1956 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Abbas Bağırov həmkarı Röya Ayxanla xalq artisti Faiq Ağayev qalmaqalına münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, F.Ağayev "Azərbaycanda konsertdən pul qazanan üç müğənnidən biri mənəm" sözlərinə Röya sərt reaksiya vermişdi. Müğənnilər arasında buna görə qalmaqal yaşanmışdı.

A.Bağırov "Xəzər maqazin"ə açıqlamasında F.Ağayevə söz atıb və Röyanı müdafiə edib:

"Sən tələbatlı musiqiçi, sevimli Röyasan. Fonoqramlar qoy, özü üçün danışsın. Boş-boş danışanlara fikir vermə, Röya. Düşünmə ki, konsert verəndə iki boş yerin qalacaq. Röya rekord sayda konsertlər verib. Onun etdiyi konsertlərin və onu sevənlərin sayı qədər ikinci bir müğənni tanımıram. Brilliant Dadaşovanın, Zülfiyyə Xanbabayevanın da milyonlarca sevənləri var. Bu gün Zülfiyyə xanım konsert versə, hamı gedəcək".