Azərbaycanlı qız gözəlliyi ilə "O səs Türkiyə"ni heyran etdi

Azərbaycanlı qız gözəlliyi ilə "O səs Türkiyə"ni heyran etdi
7746 dəfə oxunub
  • A-
  • A
  • A+
“O səs Türkiyə”yə bu dəfə Nəzrin Əfəndizadə adlı azərbaycanlı qız qatılıb.

Axşam.az xəbər verir ki, Nəzrin yarışmada “Back to black” mahnısını ifa edib.

Nəzrin üçün münsiflərdən Hadisə və Murad Boz dönüb.

Hər iki münsif gənc qızın ifasından başqa, özünün də gözəl olduğunu vurğulayıb və onu komandalarında görmək istədiklərini söyləyiblər.

Hamı Nəzrinin Muradı seçəcəyini düşündüyü halda, o, Hadisə ilə yarışmaya davam etmək istədiyini bildirib.