Şahanla eyvanda öpüşən aktrisaya gözlənilməz məhkəmə qərarı

Şahanla eyvanda öpüşən aktrisaya gözlənilməz məhkəmə qərarı
3459 dəfə oxunub
  • A-
  • A
  • A+
7 il əvvəl eyvanda aktyor Şahan Gökbakarla öpüşərkən çəkilmiş şəkillərinin mediada yayımlanmasına görə məhkəməyə müraciət edən aktrisa Berrak Tüzünataç gözləmədiyi cavab alıb.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2010-cu ildə İstanbul məhkəməsinə ərizə yazan Berrak təzminat kimi media orqanından 50 min lirə (təxminən 25 min dollar) tələb etmişdi.

Lakin məhkəmə bu tələbi rədd etmişdi. Belə olan halda isə Berrak Konstitusiya Məhkəməsinə baş vurub. Lakin buradan da tüzünataçı məmnun etməyən qərar verilib. Sözügedən görüntülərin eyvanda çəkildiyi üçün heç bir məhrəm xarakter daşımadığı və küçədən çəkilmiş şəkillərin mediada yayımlanmasının normal olduğu qeyd edilib.