"Başımı nəvələrimlə qatıram" - Səhnədən gedən əməkdar artist

"Başımı nəvələrimlə qatıram" -  Səhnədən gedən əməkdar artist
3269 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Kübra Əliyevanın Azərbaycanı tərk etməsi haqda xəbər yayılmışdı.

Axşam.az-ın məlumatına görə, aktrisanın Türkiyəyə qızının yanına köçdüyü bildirilmişdi.

Bu yaxınlarda keçmiş aparıcı İlham Mirzəyevin oğlunun ad günü mərasimində K.Əliyeva da yer alıb. Aktrisa əməkdaşımızla söhbətində heç vaxt Bakıdan getmədiyini deyib:

“Niyə vətənimi tərk edim ki? Yalan yayılan xəbər idi. İndi də Türkiyəyə tez-tez gedirəm. Həm müayinə oluram, həm də qızımın yanında qalıram. Heç vaxt da Azərbaycandan getmərəm. Vətənindən gedənləri heç sevmirəm”.

Uzun müddətdir səhnədən uzaq qalan Əliyeva darıxdığımı etiraf edib:

“Mənim üçün çətindir. Bu yaxınlarda “Bu şəhərdə”nin konsertində səhnəyə çıxdım. Tamaşaçılar məni ayaqüstə alqışladı. Adamın ürəyi parçalanır. Amma istirahət etmək mənim də haqqımdır. 68 yaşım var, mənə də dincəlmək lazımdır. Hələ onkoloji xəstəliyi olan birinə bu daha çox lazımdır. Başımı nəvələrim, nəticələrimlə qatıram. Mən artıq aktriasalıq işini atmışam”.