Kutsi ikinci dəfə evlənir

Kutsi ikinci dəfə evlənir
2171 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-aktyor Kutsi ikinci dəfə evlənir.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə sənətçinin aktrisa sevgilisi Feyza Çıpa deyib. Çəkiliş zamanı atdan düşən Kutsinin vəziyyətinin yaxşı olduğunu deyən Çıpa “Toy nə vaxtdır” sualına belə cavab verib:
 
“Ailə qurmağa qərar vermişik, amma hələ hazırlıqlara başlamamışıq. Yayda toy edəcəyik”.

Qeyd edək ki, Kutsi ilə Feyza 4 il sevgili olub. Müğənni Çıpaya görə 7 illik həyat yoldaşı, 2 qızının anası Sinem Bayraktutardan 2015-ci ildə boşanmışdı.