Milyarderə ərə gedən model hamilədir

Milyarderə ərə gedən model hamilədir
3258 dəfə oxunub
  • A-
  • A
  • A+
“Snapchat” qurucusu, milyarder Evn Şpiqelə ərə gedən 34 yaşlı model Miranda Kerr hamilədir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Mirandanın ikinci, 27 yaşlı Evnin isə ilk övladı olacaq.

Bu barədə cütlük rəsmi İnstaqram səhifəsində məlumat verib.

Qeyd edək ki, Kerrlə Şpigel bu ilin mayında Los-Ancelesdə nikah masasına oturub. Bundan əvvəl Miranda aktyor Orlando Blum ilə evli olub və ondan Flin adlı bir oğlu var.