"Gələn dəfə həmin səhvi etməməliyik" - Kənan

"Gələn dəfə həmin səhvi etməməliyik" - Kənan
2983 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Kənan İmırzalıoğlu ötən gün məkanlardan birindən çıxarkən görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Kənan ötən ay təqdim olunan “Cingöz Recai” filminin tamaşaçılar tərəfindən o qədər də çox bəyənilməməsini etiraf edib:

“Düzü, gözlədiyimiz kimi olmadı. Ola bilsin, çatışmazlıqlar var idi. İzləyicilər filmə böyük maraq göstərmədi. Bununla başa düşdük ki, özümüzə bir daha baxmalı və gələn dəfə həmin səhvləri etməməliyik”.

Qeyd edək ki, baş rolları K.İmirzalıoğlu, Məryəm Uzerli və Haluk Bilginerin paylaşdığı “Cingöz Recai” filmi oktaybrın 13-dən tamaşaçıların ixtiyarına verilib. Filmdəki Kənan və Məryəmin öpüş səhnəsi böyük müzakirəyə səbəb olub.