Obrazlarına görə haldan-hala düşən aktyor - fotolar

Obrazlarına görə haldan-hala düşən aktyor - fotolar
2430 dəfə oxunub
  • A-
  • A
  • A+

Obrazları üçün tez-tez kökəlib-arıqlayan amerikalı aktyor Kristian Bale bu dəfə də təəccübləndirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildə təqdim olunacaq “Backseat” filmi üçün Kristian yenidən kökəlib.

Bale bu ekran işində ABŞ prezidenti Corc Buşun köməkçisi rolunda oynayacaq.

Aktyorun sənət yoluna nəzər salsaq, onun qısa müddətdə necə kökəlib-arıqladığını görə bilərik.

“Amerikalı dəli” filmində (2000) aktyor 81 kloqram olub.



“Atəş krallığı” filmi (2002) və Kristian 83 kiloqramdır.



İki ildən sonra, yəni 2004-cü ildə “Sürücü” filmi üçün 55 kiloqrama düşən aktyor hamını qorxutmuşdu.



Lakin bir il sonra “Betmen” (2005) ekran işində o, artıq 86 kiloqram olmuşdu.



“Şəfəq əməliyyatı” (2007) filmi üçün 24 kiloqram arıqlayan Bale bu dəfə 62 kiloqramla izləyicilərin qarşısına çıxıb.



Aktyor 2010-cu ildə çəkildiyi və “Oskar” aldığı “Döyüşçü” filmində isə 66 kiloqram olub.



“Kələkbaz” (2013) ekran işində isə hər kəsi çəkisi ilə şoka salan Kristian 103 kiloqrama qədər kökəlib.



Bale “Tanrılar və krallar”da (2014) 85 kiloqramadək arıqlayıb.