Növbəti 3 gündə hava necə dəyişəcək?

Növbəti 3 gündə hava necə dəyişəcək?
1285 dəfə oxunub
  • A-
  • A
  • A+
“Növbəti üç gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir”.

Axşam.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, noyabr ayının 17 və 18-də gündüz saatlarında ölkənin bəzi yerlərində yağış yağacağı gözlənilir:

"Noyabrın 18-də gündüzdən etibarən ayın 19-20-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, şərq küləyi əsəcək. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir".