İzzət niyə yoxdur?

İzzət niyə yoxdur?
1852 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İzzət Bağırzadə uzun müddət efirlərə çıxamamsının və sosial şəbəkədən uzaqlaşmasının səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, Məhərrəmlik ayı olduğu üçün gündəmdən uzaqlaşıb:

“Paylaşdığım şəkillərimin altından çoxlu sual verirlər ki, "Görsənmirsən. Hardasan, niyə yoxsan?". Gələn həftədən verilişlərdə olacam. Sadəcə, Məhərrəmlik olduğundan verilişlərə çıxmırdım, oxumurdum. Ona görə də səhifəmdə özümlə bağlı heç bir paylaşımlar etmirdim. Yalnız Kərbəla şəhidləri ilə bağlı paylaşımlar etmişəm. Məhərrəmlik ayı bitdi, İmamın qırxı çıxdı. Yeni paylaşımlar, mahnılar olacaq”.