Dünyanın ən çox qazanan modelinin adı açıqlandı - siyahı

Dünyanın ən çox qazanan modelinin adı açıqlandı - siyahı
3945 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər il olduğu kimi bu il də “Forbes” jurnalı dünyanın ən çox qazanan modellərinin adlarını açıqlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, siyahıya 22 milyon dollar gəlirlə 22 yaşlı amerikalı model Kendal Cenner liderlik edir. 



İkinci yerdə braziliyalı model Jilen Bundxeldir. Onun illik gəliri 17,5 milyon dollar dəyərində hesablanıb.



13,5 milyon dollar gəlirlə isə amerikalı model Krissi Teyqen bərqərar olub.



Eyni zamanda onluğa Adriana Lima, Cici Hadid, Rozi Haqtinqton Uayli, Karli Kloss, Lyu Ven, Bella Hadid və Eşli Qrem kimi modellər də daxildir.