Tanınmışlar Telman İsmayılovun məkanında

Tanınmışlar Telman İsmayılovun məkanında
5718 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Moskvada “V & V company”nin rəhbəri Valeri İlişayevin qızı Anelyanın ad günü mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, məclisin təşkilatçısı prodüser Tolik və Anar Mədətov olub.

Azərbaycandan gecəyə əməkdar artist Ədalət Şükürov, Manana, şoumen Murad Dadaşov, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Elton Hüseynəliyev, meyxanaçılar Ehtiram və İntiqam qardaşları qatılıb.

Tədbiri Sevda, Zamiq və Elton idarə edib. Azərbaycanlı iş adamı Telman İsmayılovun Moskvadakı “Safisa” restoranında baş tutan gecədə maraqlı anlar yaşanıb. Məclisdə V. İlişayevin oğlanları bacıları üçün hazırladıqları xüsusi rəqsi təqdim ediblər.

Tədbirə rus estradasının tanınmış simaları – Filipp Kirkorov, Kristina Orbakayti və Lyubov Uspenskaya da qatılıb.

Ad gününü yayımlamaq hüququ ATV telekanalının “Onlar” verilişinə məxsusdur. Mərasimdən özəl görüntüləri dekabrın 10-da saat 22:00-da Ruslan Ağayevin hazırladığı süjetdə izləyə bilərsiniz.