"Ebru ilə haqqımda yazılanların 99%-i yalan idi" - Rza Zərrab

"Ebru ilə haqqımda yazılanların 99%-i yalan idi" - Rza Zərrab
4143 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-da məhkəməsi davam edən cənubi azərbaycanlı iş adamı Rza Zərrab müğənni həyat yoldaşı Ebru Gündeşlə bağlı növbəti ifadəsini verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, külli miqdarda vəsait məinmsəməkdə və iranla qanunsuz enerji ticcarətində ittiham olunan Rza mediada xanımı ilə özü haqda yazılan xəbərlərin yalan olduğunu deyib:
 
“Davamlı olaraq qəzet və jurnallarda həyat yoldaşımla mənim haqqımda yazılar yazılırdı. Lüks həyatımızla bağlı şəkillər paparassilər tərəfindən gizli çəkilib. Mediada bizim haqqımızda yazılan xəbərlərin 99%-i uydurma və yalan idi”.
 
Qeyd edək ki, Rzanın həbsxanada ona başqa qadınla xəyanət etdiyini öyrənən Ebru ondan boşanmaq qərarı alıb.