Azərbaycanlı fotoqraf-jurnalist dünyasını dəyişdi

Azərbaycanlı fotoqraf-jurnalist dünyasını dəyişdi
2031 dəfə oxunub
  • A-
  • A
  • A+
Jurnalist, “Exo” qəzetinin fotoqrafı Samir Əliyev vəfat edib.

Axşam.az xəbər verir ki, “Exo” qəzetinin redaksiyasından APA-ya verilən məlumata görə, S. Əliyev səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Zabrat qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, S. Əliyev 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi fakültəsini bitirib. Bir müddət “Zerkalo” qəzeti ilə əməkdaşlıq edib. 2001-ci ildən “Exo” qəzetində həm jurnalist, həm də fotoqraf kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl həkimlər ona qanın mieloleykozu diaqnozunu qoyublar.