"1000 insanın həyatını xilas etdim" - Barış Arduç

"1000 insanın həyatını xilas etdim" -  Barış Arduç
3629 dəfə oxunub
  • A-
  • A
  • A+

İdman Akademiyasını bitirən aktyor Barış Arduç "Kiralık aşk" serialı ilə məşhurlaşıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktyorluqdan əvvəl Arduç çimərliklərdə xilasedici kimi çalışıb. 

Barış keçmiş işi ilə bağlı maraqlı açıqlama verib:

"2002-2010-cu illər ərəfəsində 1000-dən çox insanın həyatını xilas etdim. Onlar həyata qayıdanda mən yenidən dünyaya gəlmiş kimi oldum. Amma bir xala ilə bacısı uşağını xilas edə bilmədim. Çox çalışdım, çatdıra bilmədim. Həyatdakı ən böyük məyusluğumdur. Bəzən yuxuma girirlər. Yuxudan həyəcanlı uyanıram".