“Diriliş Ertuğrul” tamaşaçılarına pis xəbər

“Diriliş Ertuğrul” tamaşaçılarına pis xəbər
4434 dəfə oxunub
  • A-
  • A
  • A+

4 mövsümdür ekranlarda olan və hər seriyası ilə rekord qırmış “Diriliş Ertuğrul” bu həftə yayımlanmayacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb çəkiliş meydançasında yanğın hadisəsinin baş verməsidir.

Filmi istehsal edən şirkət bu barədə açıqlama verərək yanğın zamanı bəzi avadanlıqların zərər gördüyünü və bu səbəbdən bir həftə ekran işinin ləngiyəcəyini bildirib. O, 99-cu bölümün dekabrın 20-də yayımlanacağını vurğulayıb.

Qeyd edək ki, “Diriliş Ertuğrul” Osmanlı imperiyasının quruluş ərəfəsində baş verən hadisələri əhatə edir. “Ertuğrul” obrazını aktyor Engin Altan Düzyatan canlandırır.