Ötən il Milli Dram Teatrında doqquz səhnə əsərinin premyerası olub

Ötən il Milli Dram Teatrında doqquz səhnə əsərinin premyerası olub
1282 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı həyatında əlamətdar hadisələrlə yadda qalıb.

Teatrın mətbuat katibi Cavid Zeynallının Axşam.az-a verdiyi məlumata görə, 2017-ci ildə teatrın kollektivi uğurlu səhnə əsərləri ilə tamaşaçılarını sevindirib:

“2017-ci ildə teatrımızın kollektivi bir-birinin ardınca maraqlı, yaddaqalan və teatrsevərlər tərəfindən yüksək qiymətləndirilən tamaşalara imza atdı. Hazırda teatrın repertuarında dünya və Azərbaycan dramaturgiyasının maraqlı əsərləri özünə yer tutub. Keçən il teatrımız “Almaz”, “Cəhənnəm sakinləri”, “Boy çiçəyi”, “Çipollino”, “Kosanın qızı”, “İuda”, “Buzlar ölkəsi”, “Rəqs edən pinqvinlər” və nəhayət ilin son premyerası kimi “Qətibə İnanc” tamaşalarını təqdim edib. Bundan başqa, sənət ocağında Abbas Mirzə Şərifzadənin, Mehdi Məmmədovun, Tofiq Kazımovun və Ədil İsgəndərovun adını daşıyan yeni səhnələr yaradılıb. İl ərzində teatrda Hüseyn Cavidin 135, Molla Pənah Vaqifin 300, Mikayıl Mirzənin 70, Məhluqə Sadıqovanın 100, Həsən Əblucun 75 illiyinə həsr olunan tədbirlər keçirilib. Teatrın kollektivi avqust ayında “İuda” tamaşası ilə Bolqarıstanın Varna şəhərində keçirilən beynəlxalq teatr festivalında iştirak edərək mükafat qazanıb. Hazırda teatrda yaradıcı əhval-ruhiyyə yüksək səviyyədədir. Kollektivimiz 2018-ci ildə də bir-birindən maraqlı səhnə əsəri ilə tamaşaçılarını sevindirəcək”.