Əkizlər təqdimat etdi: "3 min kredit götürüb mahnı aldıq"

Əkizlər təqdimat etdi:  "3 min kredit götürüb mahnı aldıq"
6557 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevil və Sevinc Səfərova bacıları media nümayəndələri ilə görüşüblər.

Axşam.az-ın məlumatına görə, əkizlər “Yalanım yox” adlı klipi təqdim ediblər.
 
Jurnalistlərin suallarını cavablandıran bacılar hər şeyi öz güclərinə etdiklərini deyiblər:

“Bu sənətdə külli miqdarda pul xərcləyən çox müğənni yoxdur. Bəzən deyirlər ki, bunlara pul buraxdılar qabağa getdilər. Bu fikir yalnışdır. Biz hörməti, sevgini hissə-hissə qazanmışıq. Həm də şansımız var.

İlk dəfə mahnı almaq üçün bankdan kredit götürmüşdük. Nurlan Təhməzliyə 3 min dollar verib bəstə aldıq. Həmin pulu 2 ilə ödədik. Bunu ailəmiz də bilmirdi”.

Sevil və Sevinc bahalı klip çəkməyin tərəfdarı olmadığını deyib:

“15 min dollar xərc çəkdik klip ərsəyə gətirdik. Amma belə başa düşdük ki, nəticə dəyişmir. Tək fərq odur ki, media klipin qiymətini yazır. Londona getməyə hazırlaşırıq. Stilist Anar Ağakişiyevlə gedəcəyik. Orada klip çəkəcəyik. Ona da çox pul xərcləməyi düşünmürük”.

“Yalanım yox”un söz və musiqisi Nurlan Təhməzliyə aiddir. Ekran işinin rejissorluğunu Kamran Aydınov edib.