İlk dəfə 3 yaşlı qızı ilə görüntüləndi - fotolar

İlk dəfə 3 yaşlı qızı ilə görüntüləndi - fotolar
1426 dəfə oxunub
  • A-
  • A
  • A+
2014-cü ildə ilk dəfə valideyn olan aktrisa Mila Kunislə aktyor Eşton Katçer uzun müddətdir, qızları Uayyeti mediadan gizlədirdi.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ötən il də Dmitri adlı oğlu dünyaya gələn cütlük ictimaiyyət arasına uşaqları ilə birlikdə az-az çıxmağa başlayıb. Mila ötən gün uzun fasilədən sonra 3 yaşlı qızı ilə alış-veriş mərkəzindən çıxarkən görüntülənib. Sadə cins şalvar və ağ kofta geyinən aktrisa gün eynəyindən istifadə  dib. Uayett isə quş şəkilləri ilə dizayn olunmuş boz kombinezon geyinib.
 
Sosial şəbəkə izləyiciləri aktrisanın qızının Eştona bənzədiyini bildiriblər.