2 fevral - Gənclər Günündə S.Vurğun adın Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Nil Saymonun pyesi əsasında hazırlanmış “Sonuncu ehtiraslı gənc” tamaşası nümayiş etdiriləcək.

Axşam.az xəbər verir ki, tamaşanın bədii rəhbəri xalq artisti Yuri Baliyev, rejissoru teatrın aktyoru İlkin Mehdiyevdir. Rollarda Əbdülqəni Əliyev (“Yuğ” teatrından), Natəvan Hacıyeva (Rus Dram Teatrından) çıxış edəcəklər.

Ötən ilin dekabr ayında Sankt-Peterburqda Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılmış bu tamaşa böyük maraqla qarşılanıb. Müstəqil və qeyri-dövlət layihəsinin iştirakçıları 24-cü “Milad paradı” Beynəlxalq Teatr Festivalının diplomu ilə təltif ediliblər.



                   

Digər Xəbərlər