Bu səhnəyə görə məşhur serialın yayımı dayandırıla bilər

Bu səhnəyə görə məşhur serialın yayımı dayandırıla bilər
13022 dəfə oxunub
  • A-
  • A
  • A+
“Star”da yayımlanan “Ufak tefek cinayətlər”in qəhrəmanları Oya ilə Serhanın münasibətini düzgün hesab etməyən RTÜK (Radio və Telviziya Şurası) serialı cərimələyib.
 
Axşam.az Türkiyə mediasına sitinadən xəbər verir ki, xüsusilə serialdakı təraş səhnəsi RTÜK-ün etirazına səbəb olub. İzləyicilərin evlilikdən kənar münasibətlərin türk ailə quruluşuna zidd olduğunu əsas gətirərək ekran işi ilə bağlı quruma şikayət ərizəsi yazıblar. Şikayətlərin davam edəcəyi halda, “Ufak tefek cinayətlər”in yayımının dayandırlacağı deyilir.

Serhanla Oyanın münasibətini “qadağan olunmuş eşq” adlandıran RTÜK-ün bu addımı bəzi tamaşaçıların etirazına səbəb olub.

Qurum pedofiliya, təcavüz, çox arvadlılıq, qadına şiddət mövzularında səssiz qalmaqda günahlandırlıb.