“Siyah beyaz aşk”da güldürən xətalar - fotolar

“Siyah beyaz aşk”da güldürən xətalar - fotolar
6949 dəfə oxunub
  • A-
  • A
  • A+
İlk bölümdən gözlənilən nəticəni əldə etməyən “Siyah beyaz aşk” serialındakı xətalar izləyicilərin diqqətindən yayınmayıb. 
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Aslını canlandıran aktrisa Birce Akalayın həm Fərhada sarğı elədiyi, həm də telefonda danışdığı səhnədəki xəta tamaşaçıların gülüş hədəfinə çevrilib.

Belə ki, sarğı elədiyi vaxt telefon Bircenin sol qulağında olur, lakin bir sonrakı səhnədə sağ qulağında görünür.





Serialda daha bir səhv Aslının başına silah tutulan səhnədir. Əvvəlcə avtomobildə olan oturacaqlarda başlıq hissə olmasa da, silah tutulan vaxt başlıq hissələrin olduğu aydın görünür.





Ekran işinin bir səhnəsində isə kamera efirdə görünüb.



Qeyd edək ki, “Siyah beyaz aşk”ın baş rol ifaçıları aktrisa Birce Akalayla aktyor İbrahim Çelikkoldur.