Məşhur cütlük yenidən sevgili oldu

Məşhur cütlük yenidən sevgili oldu
972 dəfə oxunub
  • A-
  • A
  • A+
34 yaşlı müğənni Keti Perri ilə 41 yaşlı aktyor Orlando Blum yenidən barışıblar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbə məlumat yayıb. Mənbənin bildirdiyinə görə, keti Orlandodan ayrılsa da, onu unuda bilməyib: “O, buna çox cəhd etdi, ancaq bacarmadı. Keti bu dəfə istəyir ki, hər şey yaxşı qurtarsın. Onlar yenidən birlikdədirlər”.

Xatırladaq ki, münasibətlərini hər kəsdən gizlədən cütlük yanvarda otellərin birində birlikdə bayramı qeyd etmişdilər. Cütlüyün daha sonra ayrıldığı bildirilirdi. Hələlik onları bir yerdə görüntüləmək mümkün olmayıb.