Məşhurlar bu evlərdə yaşayırlar - fotolar

Məşhurlar bu evlərdə yaşayırlar - fotolar
8831 dəfə oxunub
  • A-
  • A
  • A+
Axşam.az Türkiyə mətbuatına istinadən məşhurların yaşadıqları evlər haqda məlumat verir:

Murad Boz - Leventdə 4 milyon lirəyə yeni ev alıb. Bildirilir ki, Murad orada sevgilisi Aslı Enverlə yaşayır.



Məryəm Üzerli - "Muhteşem Yüzyıl"dan qazandığı pul ilə Berlində ev almışdı. Son 2 ildə rol aldığı 2 serial və 3 filmdən əldə etdiyi gəlirlə də yenə Berlində lüks bir villa alıb.



Özcan Dəniz - sevgilisi Feyza Aktanla evlənməyə hazırlaşan aktyor xanımı və dünyaya gələcək övladı ilə yaşamağı üçün Zekeriyaköyde yerləşən iki yan-yana olan villanı alıb və birləşdirib. O, iki villaya toplam 5 milyon lirə ödəyib. 



Kıvanç Tatlıtuğ - xanımı Başak Dizerlə Bebekdə yerləşən evlərindən köçüb Göktürkdə illiyi 100 min lirə olan başqa bir villanı kirayələyiblər.



Türkan Şoray - 2016-cı ildə Etilerdəki villasını 31 milyon lirəyə satıb qızı Yağmur Ünalla Çubuklu Vadi Villalarına köçüb. O, 8 milyon lirəyə aldığı 3 mərtəbəli evin dekorasiyasına 1,5 milyon lirə xərcləyib.