Ayseldən Xocalı soyqırımı ilə bağlı klip

Ayseldən Xocalı soyqırımı ilə bağlı  klip
1690 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Xocalı soyqırımından 26 il ötür.

Axşam.az-ın məlumatına görə, bu münasibətlə müğənni Aysel yeni layihə təqdim edib.

Bu il ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək sənətçi “Wistfulness” adlı kompozisiya hazırlayıb.

“Bu kompozisiya Xocalı faciəsində dünyasını dəyişənlərin xatirəsinə həsr edilib. Bu il “Eurovision” təmsilçisi olmağım mənim üçün bir şans idi. Bu şansdan istifadə etməyə bilməzdim. Bu, vəhşiliyi dünyaya çatdırmaq üçün belə bir mahnı hazırladım” deyə, Aysel bildirib.

Mahnıda kamançanı xalq artisti Fəxrəddin Dadaşov, muğamı isə Vüqar Əliyev ifa edib. İdeya müəllifi Azər Cəfərdir.