Azərbaycanda çəkilən film və seriallarda bəzən incəsənətdən uzaq
simalara da rast gəlmək mümkündür.
Axşam.az “Report”a
istinadən xəbər verir ki, onlar arasında sonradan rəsmi qurumda işləyən,
yaxud filmə çəkilərkən dövlət qurumunda çalışan şəxslər də
var.
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi
Novruz Məmmədov “Fransız” filmində epizodik bir rol olan Fransa səfirliyinin
əməkdaşı obrazını canlandırıb.
Baş nazirin müavini Elçin Əfəndiyev
“Dantenin yubileyi” filmində tamaşaçı rolunu ifa edib.
Azərbaycanın
Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Qorxma, mən səninləyəm”
filmində Teymur rolunu oynayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətinin
rəhbəri Akif Əli “Tütək səsi” filmində Tapdıq, “Əgər bir yerdəyiksə” filmində
Məmməd, “Arxadan vurulan zərbə” filmində isə Fazil rolunda çıxış
edib.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri
Anar Nəcəfli “Biznesmen” filmində baş rolu canlandırıb.
"Azərbaycan Dəmir
Yolları" QSC-nin mətbuat xidmətinin əməkdaşı Nadir Əzməmmədov "Sonuncu fəsil"
serialında Mamed obrazında, "Vicdan" haqqı" serialında Saleh Rzayev obrazında və
"Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif","Od içində", "Yaramaz" filmlərində
çəkilib.
"Azərbaycanfilm" kinostudiyasnın rəhbəri Müşfiq Hətəmov
“Küçələrə su səpmişəm” filmində kuryer obrazını canlandırıb.
Dövlət
işçisi olmasa da, tanınmış ictimai xadimlərdən Azərbaycan Yazıçılar Birliyinin
sədri Anarın “Var olun, qızlar..” filmində Murad, “Xatirələr sahili” filmində
isə redaksiya işçisi obrazını canlandırması maraqla qarşılanıb.