"Cavanşir Məmmədovu ansabla qarmonçalan gətirdim"

"Cavanşir Məmmədovu ansabla qarmonçalan gətirdim"
1144 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Baloğlan Əşrəfov Cavanşir Məmmədovla bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Səhər-Səhər” verlişində bildirib ki, C.Məmmədovu ilk dəfə ansambla o gətirib:

“1980-ci ildən Vaqif Ansambılı yaranan gündən Polad Bülbüloğlu mənə dedi ki, niyə özünə ansambl düzəltmirsən, tez-tez konsert vermirsən? Dedim ansamblım yoxdur. Dedi, düzəlt. Cavanşir Məmmədovu ilk dəfə ansambla qarmonçalan kimi gətirdim. Dedim, Cavanşir, mənə ansambl yarat. Bax o ansambl filarmoniyada imtahan verdi. Mədəniyyət Nazirliyindən Vaqif Əlixanov və digər adamlar gəlib oturdu. Rəsmi şəkildə təsdiq olundu. Mənim indi dəlilim də var ki, bu ansambl təsdiq olunmuşdur”.