"İstanbullu gəlin"in aktrisası 29 illik ərindən boşandı

"İstanbullu gəlin"in aktrisası 29 illik ərindən boşandı
3596 dəfə oxunub
  • A-
  • A
  • A+
“İstanbullu gəlin” serialında Qiymət obrazını canlandıran aktrisa Nergis Çorakçı aktyor əri Can Başakdan boşanıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük 29 illik ailə həyatına son qoyub. Məhkəməyə boşanma ərizəsi yazan can 1989-cu ildən ailəli odluqlarını, ancaq son zamanlar qürurqırıcı davranışlar, pis eyham vurmalar səbəbindən ailə həyatlarının dözülməz hala gəldiyini bildirib.

Bir uşağı olan Canla Nergis boşanma protokolu imzalayaraq bir-birlərinə hər hansı təzminat tələbi irəli sürməyiblər. Onların hər ikisi övladlarının təhsili boyunca onun xərclərini bərabər ödəyəcəklər.